Azərbaycan çempionu “Neftçi” UEFA tərəfindən cəzalandırılacaq. Azerisport.az xəbər verir ki, buna ötən gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Skenderbeu” (Albaniya) ilə oyunu zamanı baş verən bəzi xoşagəlməz məqamlar səbəb olub.
Belə ki, hakimin bəzi qərarlarından narazı olan azarkeşlər meydana kənar əşyalar atırdılar ki, bu, hakimlərin və UEFA nümayəndələrinin diqqətindən yayınmadı. Eyni zamanda fotomüxbirlər reklam lövhələrinin qarşısında durubmuş ki, bu da qitə futbol qurumu tərəfindən qadağan olunmuş addımdır.
İdman24.az