Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov Türkiyəyə gedir. Fanat.az xəbər verir ki, o, PTT 1-ci liqanın bir matçını izləyəcək.
Belə ki, Qurbanov “Samsunspor” - “Elazığspor” oyununa canlı baxacaq. Qarşılaşma sabah Samsun şəhərindəki “Samsun 19 Mayıs” stadionunda keçiriləcək.
Qeyd edək ki, "Elazığspor"da Cavid İmamverdiyev çıxış edir.
Fanat.az