UEFA-nın rəsmi saytında "Araz Naxçıvan"ın adı səhv yazılıb. Muxtar Respublika klubunun adı qitə futbol qurumunun rəsmi saytında "MKT-Araz" kimi göstərilib. Həmçinin İmişli təmsilçisinin loqosu, nəticələri də "Araz Naxçıvan"a şamil olunub.
Fanat.az xəbər verir ki, "Araz Naxçıvan" məsələ ilə bağlı Peşəkar Futbol Liqasına məlumat verib. Qurum isə öz növbəsində bu səhvin düzəldilməsi üçün UEFA-ya müraciət edib və qısa vaxt kəsiyində bunun düzəldiləcəyi bildirilib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol