"Real Madrid" "Liverpul"da forma geyən Luis Suarez ilə yaxından maraqlanır.
Marca"nın bu gün yaydığı xəbərə görə, "Liverpul" ilə oyunçu üçün çoxdan görüşməyə başlayan "Real Madrid"in önündəki maneələrdən biri Suarezi komandasında görmək istəyən Brendan Rodgersdir.
Ancaq uruqvaylı futbolçunun La Liqada oynama arzusu onu "Real Madrid"ə bir addım daha yaxınlaşdırır.
"Real Madrid"in oyunçu üçün təxminən 40 milyon avroluq bir təklif hazırladığı da deyilir.