"Bakı" Topaz Premyer Liqasının X turunda "Neftçi"ni qəbul edəcək. Fanat.az xəbər verir ki, hər iki baş məşqçi start heytini açıqlayıb.
"Bakı"nın çalışdırıcısı İbrahim Uzunca ötən oyunla müqayisədə heyətdə bir məcburi dəyişikliyə əl atıb. Belə ki, AZAL-a qarşı matçda qırmızı vərəqə alan Vüqar Bəybalayevi Elşad Manafov əvəzləyib.
"Neftçi"nin baş məşqçisi Arif Əsədov isə 3 dəyişiklik edib. Çalışdırcı Elvin Yunuszadə, Flavinyo və Kaue da Silvanı ehtiyata göndərib. Onların əvəzində bağışlanan Araz Abdullayev, Denis Silva və Nikolas Kanales start heyətində yer alıb.
Fanat.az