“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Piast”la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi qələbəyə sevinsə də buraxılan qola üzülüb:
“Bu gün yaxşı oyun ortaya qoyduq. Topa daha çox biz nəzarət edirdik. Ümumiyyətlə, qələbə qazandığımız üçün çox sevinirəm. Amma buraxdığımız qola görə də təəssüflənirəm. Bununla belə düşünürəm ki, mərhələ keçmək üçün yaxşı şansımız var. Sadəcə, xarakter göstərib səfərdə də bu cür oynamaq lazımdı. Rəqibin oyununu da qeyd etməliyəm. Çox nizam-intizamlı və aqressiv oynayırdılar”.
İdman24.az