"Barcelona"nın unudulmaz oyunçularından olan Johan Cruyff "Real Madrid"in pis keçən mövsümü üçün Joze Mourinyonu günahlandırdı.
Mourinyonun müvəffəqiyyətsizliyini qiymətləndirən keçmiş fubolçu "Onun davranışları hər kəsə təsir etdi. "Madrid" pis klub deyil. Əksinə çox yaxşı bir klubdur, amma Mourinyonun davranışları komandaya mənfi istiqamətdə olduqca təsir etdi", deyib.