Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın əmsallar cədvəli yenilənib. Fanat.Az xəbər verir ki, Azərbaycan bir pillə geriləyib.
Gürcüstanda “Samtredia”nı 1:0 hesabıyla yenən “Qarabağ” qazandığı 0,250 əmsal sayəsində ölkəmizi 21-ci pilləyə qaldırsa da, Kipr APOEL-inin səfərdə “Düdelanj”a (Lüksemburq) eyni hesabla qalib gəlməsi vəziyyəti dəyişib. Hazırda 22-ci pillədəki mövqeyimizlə adalılardan 0,050 əmsal geridəyik. Ortadakı fərqi aradan qaldırmaq isə çətin missiya sayılmır. Göründüyü kimi, bir heç-heçənin gətirəcəyi "qənimət" Kiprdən önə keçməyimizə bəs edəcək.
Hazırda 16,625 əmsala malik ölkəmiz bunun 1,875-ini cari mövsümdə toplayıb. “İnter” Azərbaycana 0,750, “Qarabağ” və “Zirə” hərəyə 0,500, “Qəbələ” 0,125 əmsal qazandırıb.
Fanat.Az