İbrahim Uzunca "Qəbələ" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi səfərdəki bir xalın yaxşı nəticə olduğunu deyib:
"Bu gün komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədi. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm".
Fanat.az