"Simurq" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Georgi Çixradze Rəşad Eyyubovun xidmətindən məhrum olub.
Hücumçu vərəqə limitini doldurub. "Xəzər Lənkəran"la oyunun 31-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Rəşad cəzalı duruma düşüb. Bu səbəbdən o, "Neftçi" ilə XII turun matçında meydana çıxmayacaq.
Qeyd edək ki, Eyyubov bundan əvvəl "Xəzər Lənkəran" (III), "Qəbələ" (V) və "Sumqayıt"la (VII) oyunlarda sarı vərəqə almışdı.
Fanat.az