"Qəbələ" iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntanyu Ruslan Abışovla Elvin Camalovun xidmətindən məhrum olub.
Hər iki futbolçu vərəqə limitini doldurub. Elvin "Bakı" ilə oyunun 28-ci dəqiqəsində sistematik qayda pozuntusuna, Ruslan 86-cı dəqiqədə qeyri-idman hərəkətinə görə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Onlar XII turun AZAL-la oyununu buraxacaqlar.
Qeyd edək ki, Abışov bundan əvvəl "İnter" (I tur), AZAL (IV) və "Xəzər Lənkəran" (VII), Camalov isə "Simurq" (V), "Xəzər Lənkəran" (VII) və "Qarabağ" (VIII oyunlarda sarı vərəqə almışdı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol