UEFA-nın klub yarışlarında çıxış edən klublar üçün UEFA tərəfindən AFFA-ya daxil olmuş pul vəsaiti klubların hesabına ödənilib. Fanat.az xəbər verir ki, ən çox mükafatı "Qarabağ" alıb.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən və III təsnifat mərhələsinə vəsiqə qazanan Ağdam klubu 575 min avro alıb. Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanan "Neftçi" 420 min avro əldə edib. Bu turnirdə bir mərhələ keçən "İnter"ə 250, ilk mərhələdə uduzan "Qəbələ"yə 120 min avro verilib.
Beləliklə UEFA 4 klubumuz üçün 1 milyon 365 min avro göndərib.
Çempionlar Liqası
Çempionluq bonusu
Qarabağ (III təsnifat mərhələsi) - 575.000.00 avro
Avropa Liqası
İnter (II təsnifat mərhələsi) - 250.000.00 avro
Qəbələ (I təsnifat mərhələsi) - 120.000.00 avro
Neftçi (pley-off) - 420.000.00 avro
Qeyd edək ki, UEFA-nın bundan əvvəl "Qarabağ" üçün Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığına görə göndərdiyi 1.3 milyon avro vəsait AFFA tərəfindən klubun hesabına köçürülmüşdü.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol