14:15 04.11.2014 387

11-ci turun taktiki mənzərəsi


Taktiki dəyişikliyə ehtiyac qalmadı

 

Meydana məlum səbəbdən eksperimental heyət çıxaran Qurban Qurbanovun komandası zəif rəqibi oyun tərzinə sadiq qalaraq 4 cavabsız qolla üstələdi. Hər hissədə 2 qol vuran ağdamlıların çalışdırıcısının hansısa taktiki dəyişikliyə əl atdığından danışmağa dəyməz.  Buna heç ehtiyac da olmadı.“Köhlən atlar” ənənəvi 4-5-1-lə naxçıvanlılara heç bir şans vermədi. Başda gənc Şəhriyar Əliyev olmaqla heyətə düşməyə çətinlik çəkənlərə forma şansı verən Qurbanovun yetirmələrinin Avroliqa oyunu ərəfəsində yaxşı məqş etdiyini söyləməliyik.



Əsədovdan effektli əvəzləmələr


AZAL-ın “Neftçi”yə uduzması gözlənilən idi. Amma bu hesabla yox! “Təyyarəçilər”in qapısına 4 qol vuran flaqmanın çalışdırıcısı start heyətində dəyişikliklərə əl atmışdı. Cəzalı Erik Ramosun yoxluğunda dayaq yarımmüdafiəçisi mövqeyində Mirhüseyn Seyidovla Kauenin yanaşı oynamasını istəyən Arif Əsədov Elnur Allahverdiyevin adını “18-liy”ə salmamışdı. Xətti müdafiənin solunda Denis Silvaya güvənən mütəxəssisin düzgün seçimi sözügedən braziliyalının oyunda ən yüksək qiymətə layiq görülməsiylə təstiqini tapmış sayılır. Culius Vobaydan oyun qurucusu ampluasında istifadə edən Arif bəyin ikinci hissədə həyata keçirdiyi əvəzləmələrin effektli alındığını da qabartmalıyıq. Ernest Nforun yerinə döyüşə atılan Nikolas Kanales dublla “qol orucu”nu pozdusa, gənc Elşən Abdullayevin 3-cü qolda müstəsna xidməti oldu. Məhz Elşənin dirəkdən dönən zərbəsini uğurla tamamlayan Nikolas “siftə” imkanını boşa vermədi. Düzdü, bərbad oyunla diqqət mərkəzinə düşən AZAL 82-ci dəqiqədən azlıqda oynadı.  Lakin bunadək hesabın 3:0 olması da faktdı.


Gözlənilən yüksəliş


Hələ “Qarabağ”a 2:3 hesabıyla uduzduğu oyunun ikinci yarısında yaxşı komanda olduğunu oyunuyla isbatlayan lənkəranlılar “Simurq”u “doğma divarlar” arasında yenməklə “artırdığını” göstərdi. Hə, müdafiədə ehtiyatlı oynamağı qarşısına məqsəd qoyan qonaqların künc zərbəsindən sonra hesabı başla açması Oğuz Çətinin yetirmələrinin işini çətinə saldı. Bunadək meydanın mərkəzində fəallığıyla diqqət çəkən Alfred Sankonun zədələnməsi də Zaqatala təmsilçisinin işinə yaramışdı. İstənilən halda, cənublular fasiləyə bərabərliklə yollanmağı bacardı. Rahid Əmirquliyevin qələbə qolundan sonra isə lənkəranlıların qapıçısı Marko Stanoyeviçin hiyləgər vuruşunu inamla zərərsizləşdirərək komandasının köməyinə çatdı.  əvəzləmələrə diqqət yetirsək, Georgi Çixradzenin 75-ci dəqiqədə hücumu gücləndirdiyini görərik. Hərçənd dayaq yarımmüdafiəçilərindən birini ixtisara salaraq Oruc Balaşlıya “çıx, oyna” deyən gürcünün ikiforvardlı sistemə keçməsi uğurlu sonuc gətirmədi.  Samir Zərgərov ona heç kim mane olmadığı təqdirdə topu kənara vurmasaydı, xilas cəhdləri Çixradzeyə  1 xal qazandırardı.


Əzmkarlığın dəyəri - xal


Vərəqə bolluğuyla yadda qalan oyunda hesabı 5-ci dəqiqədə açan “Qəbələ”nin heç-heçəylə (1:1) kifayətlənməsi “Bakı” adına gerçək əzmkarlıq nümunəsidi.  Tempi artırmaq, “sürüşkən hesab”I aradan qaldırmaq əvəzinə, vurduğu qolun ardından “yatan” meydan sahibləri bir də “zolaqlılar” bərabərlik topunu vuranda “ayıldı”. Ancaq ikinci hissədə əks-hücumlara bel bağlayan “şəhərlilər” evə xalla dönməyi bacardı.73-cü dəqiqədən hücumda canlanma yaratmağa hesablanmış dəyişikliklərə start verən Dorinel Muntyanunun çabaları effekt vermədi. 90-cı dəqiqədə “Bakı”nın futbolçusu Elşad Manafovun aldığı “qırmızı” isə xal arzusunun böyüklüyünü göstərir.

 

Təzyiqlər zəfərə yetmədi


72-ci dəqiqəyə qədər  5-4-1 taktiki sxemiylə “Sumqayıt”a qol vura bilməyən “İnter”in baş məşqçisi Yohan Bokonyano – Elvin Məmmədov əvəzləməsiylə xətti müdafiəyə keçdi. Amma Kaxaber Tsxadadzenin qələbə istəyi artan təzyiqlər, qol arayışları fonunda reallaşmadı. İnamla müdafiə olunan “Sumqayıt” ardıcıl 5 məğlubiyyətdən sonra xala sevindi.

 


NİHAT, “Futbol+”

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:20

Azərbaycanın U-18 yığması AÇ-niun pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X