"Bayern"in ulduzu Robben final matçı öncəsi əhəmiyyətli açıqlamalar verib. Hollandiyalı ulduzu Aryen Robben qələbə üçün əllərindən gələni edəcəklərini ifadə etdi.
Son 4 mövsümdə 2 finalda uduzduqlarını vurğulayan Robben "Bu mövsüm gücümüzü hər kəsə sübut etdik. Oynadığımız matçlarda nələr edə biləcəyimizi göstərdik. Heç olmadığımız qədər güclüyük, artıq bu final matçını qazanmağın zamanı gəldi", dedi.