12:18 07.11.2014 162

"Millidə oynamaq şərəfinə nail olmağı arzulayıram"

Son zamanlar inamlı oyunu ilə adından söz etdirən "Bakı"nın gənc futbolçusu Vüqar Bəybalayevin klubun rəsmi saytına geniş müsahibəsi


- “Bakı”ya gəlişini necə xatırlayırsan?

- İlk dəfə Məqsəd Yaqubəliyev əvəzedici heyətın baş məşqçisi işlədiyi vaxt baxışa gəldim. İlk məşqdən sonra Məqsəd müəllim "bundan sonra bizimlə olacaqsan" dedi. Bundan bir ay sonra Gürcüstanın Batumi şəhərindəki təlim-məşq toplanışına sənədləri hazırlamağı tapşırdı. Beləliklə, klubun üzvünə çevrildim.


- Premyer Liqada debütun "Bakı"da yox, “Turan”da olub. Bu, necə alındı?

- Əvəzedici heyətdə “Turan”a qarşı oyunda onlar oyunumu bəyənərək, klub rəhbərliyi ilə razılığa gəlib məni istəmişdi. Rəhbərlik və məşqçilər heyəti mənə ora getməklə böyük futbola, Premyer Liqaya qalxmaq üçün yaxşı fürsət yarandığını bildirdilər. Mən də düşünmədən dərhal bu təklifi qəbul etdim. Ertəsi gün icarə əsasında Tovuza yollandım. Premyer Liqada debütüm də bu klubun heyətində baş tutdu.


- “Turan”dan qayıdandan sonra bir müddət ehtiyatda qalırdın. İbrahim Uzuncanın baş məşqçi təyinatından sonra daim əsas heyətdə çıxış edirsən. “Bakı” carı çempionatda əsasən klubun akademiyasında yetişmiş, oyun praktikası az olan gənclərə güvənməklə milli çempionata yeni bir etalon gətirdi. Bu komanda ilə çempionata uyğunlaşmaq sənin üçün necə keçdi?

- Düzünü desəm ilk oyunlarda hər birimizə bir qədər çətin idi. Premer Liqada oynamaq üçün az da olsa vaxt lazım idi. Göründüyü kimi bir neçə oyun keçirdikdən sonra komandamız xallar qazanmağa başladı. Komandadakı gənclər əvəzedicilərin çempionatında bir yerdə oynayıb. Çoxumuz İbrahim Uzuncanın rəhbərliyi altında çempion olmuş komandadandı. Bu amillə yanaşı təcrübəli azərbaycanlı və legionerlərimizin də yaxşı oyunçu olmasının uğurlarımızda böyük rolu olduğunu düşünürəm. Gənclərlə çıxış etmək nə qədər çətin olsa da bu özünü doğrultmaqdadı.


- İlk dövrə arxada qalıb. Ən çətin oyun hansı oldu?

- Qırmızı vərəqəyə görə buraxdığım oyundan başqa bütün oyunlarda Premyer Liqada forma geyindim. Çempionatda asan oyun, asan komanda yoxdu. Bütün oyunlar çətin keçir.


- Bildiyin kimi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda oynanılacaq. Bu vaxta qədər milli komandamızda nəsil dəyişəcək. Millidə oynamaq, bir gənc kimi Avropa çempionatına qatılmaq şanslarını necə görürsən?

- 4 oyunun ölkəmizdə keçirilməsi çox gözəl haldı. Millimizi də həmin Avropa çempionatında görmək istərdim. O vaxta kimi millidə oynamaq şərəfinə nail olmağı arzulayıram. Bunun üçün çox çalışacağam.


- “Qarabağ” Avropa Liqasında səfərdə “Dnepr”i məğlub etməklə bütün Avropanı təəccübləndirdi. Komandamızın növbəti mərhələ şanslarını necə görürsən?

- “Qarabağ” ölkəmizi indiyə kimi layiqincə təmsil edib. Bundan sonra da elə olacağına şübhəm yoxdu. Növbəti mərhələyə cıxmaq şansı var və bunu bacaracaqlarına inanıram.


- Akademiyadakı yeniyetmələrə tövsiyələrin…

- Akademiyadakı yeniyetmələrə ilk öncə nizam-intizama fikir vermələrini, böyük-kiçik bilmələrini, həmişə böyüklərə hörmət etmələrini tövsiyə edirəm. Bir də ki, çoxlu əlavə məşq etməyi unutmasınlar.


- “Bakı”nı çətin vəziyyətdə tək qoymayan fanatlara nə deyə bilərsən?

- Stadiona gələn və ya gəlməyib bizi dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Hər oyun meydanda komandamızı tək qoymayan “The Capital” azarkeş qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 May 2025
23:50

1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

23:06

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

22:44

"Bu anı səbirsizliklə gözləyirəm" - Zidan Fransa yığmasından danışdı

22:07

DÇ: Çexiya 4 cavabsız qolla 1/4 finalda

21:40

"Traktor" baş məşqçisi ilə müqavilə yenilədi -RƏSMİ

21:15

"Fiorentina"nın baş məşqçisi istefa verdi - Bir neçə gün öncə müqavilə bağlamışdı

20:54

"Ümid edirəm ki, tortu gilənarla bəzəyəcəyik" - Lautaro Martines

20:17

Futbolçu faciəli şəkildə vəfat etdi

19:49

"Belə matçlarda iştirak etməyi uşaqlıqdan arzulayırsan" - Usman Dembele

19:06

DÇ: Növbəti 1/4 finalçı bilindi

18:49

"Şamaxı" tanzaniyalı yarımmüdafiəçi ilə anlaşdı - RƏSMİ

18:10

Pley-off qarşılaşmasını "Difai" qazandı

17:54

Slot ən yaxşı məşqçi seçildi

17:23

İsveçli əfsanə klubsuz qaldı

16:52

"Mbappedən Messinin üslubunda oynamağı xahiş etməyin" - Mişel Platini

16:11

"ASK Arena"da “Fair Play Matçı” keçirilib

15:57

"Çelsi" və "Betis" fanatları dalaşdılar

15:06

"Sabah"ın ilk finalı

14:55

"Qarabağ" Azərbaycan Kubokunun mütəq rekordçusudur

14:24

Pelleqrini "Çelsi"yə qarşı final oyunundan öncə belə danışdı

13:47

Gökhan Gönül istefa verdi

13:14

Özbəkistanın U-16 millisi Bakıya gəlib

12:39

"Həm Ukraynada, həm də Avropada kuboklar qazanmaq istəyimiz böyükdür" - Arda "Şaxtyor"a keçidini dəyərləndirdi

12:02

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

11:44

Avroliqanın qalibi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

11:15

Avropa çempionatı və Dünya Kuboku gələn il Azərbaycanda keçiriləcək

10:50

Murad Musayevli "Krasnodar" çempion heyətin 3 üzvü ilə vidalaşdı

10:19

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:58

Messi ilə Suares Uruqvayda klub yaratdılar

09:25

UEFA Konfrans Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Minifutbol: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

08:00

28 May - Azərbaycanda Müstəqillik Günüdür

00:12

AFFA U-16 Liqasında mövsüm başa çatdı

27 May 2025
23:41

Yamal "Barselona" ilə yeni müqavilə bağladı - RƏSMİ

23:20

Arda Turanın yeni iş yeri bilindi - RƏSMİ

23:04

"Bir-iki saat qələbənin dadını çıxardıqdan sonra..." - Elşad Quliyev

22:58

DÇ: 1/4 finalın 4 iştirakçısı müəyyənləşdi

22:47

Yamal indikindən 3 dəfə çox qazanacaq - Məbləğ açıqlandı

22:21

Avropada "mövsümün komandası" açıqlandı: Yamal, Mbappe, Virts...

Facebookdan bizi izləməyi unutmayın.
X