“Qarabağ” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubu ilə cavab oyunu öncəsi bu ölkəyə səfər vaxtını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşaya oyundan bir gün öncə - iyulun 24-də yola düşəcək.
Elə həmin gün komandamız Qlivitsada – oyunun keçiriləcəyi “Piast” stadionunda son məşqə də çıxacaq. Həmçinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş oyunda Ağdam klubu 2:1 hesabıyla qalib gəlib. Cavab görüşü isə iyulun 25-də səfərdə keçiriləcək və Bakı vaxtı ilə 20:30-da start götürəcək.
İdman24.az