12:52 02.08.2017 908

"O pula Moldovanı almaq olar"- MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün püşkatmasından sonra jurnalistlər önünə çıxıb. Fanat.az xəbər verir ki,  başqan gündəmdə olan bir sıra məqamlara aydınlıq gətirib.


 

Yeni mövsümdən etibarən əvəzedici heyətlərin oyunu əsas komandaların matçından 1 gün sonra olacaq...

- Düz qeyd etdiniz. Baş məşqçilərin fikrini nəzərə alıb, oyunların vaxtını dəyişdik. Amma düşünürəm ki, bu, yanlış fikirdi. Çünki əvəzedicilərin oyunu 1 gün əvvəl olanda əsas komandanın baş məşqçisi də gedib, onların matçına baxa bilirdi.

 

Yığmanın oyunları ilə bağlı fasilələr uzun çəkir. Yenə belə olacaq?

- Millinin baş məşqçisi Robert Prosineçki bizə hələ sıx qrafik təqdim etməyib. Amma sabah məcbur olacağıqsa, milliyə görə çempionatda tez-tez fasilə yaratmağa hazırıq. Bizim üçün əsas yığmanın mənafeyidi.

 

Yeni mövsümdə I divizionda neçə komanda iştirak edəcək?

- Bu gün üçün 12 komanda var. Elə qərara gəldik ki, həmin komandaların I divizonda neçə il iştirak etməsinə, onlara kimlərin sponsorluq etməsinə baxmayaraq, çempionatda problem yaşanmasın deyə, zəmanət məktubu almalıyıq. Onları bizə təqdim etməyən klubları çempionata buraxmayacağıq. Əvvəllər mübarizəyə yeni başlayan klublardan o məktubu alırdıq. Bu ildən etibarən isə bütün komandalara eyni tələblə müraciət etmişik.

 

- Hakimlər əvvəlki illərlə müqayisədə ölkə xaricində toplanış keçmədilər. Bu, onların çempionatdakı çıxışına necə təsir edəcək?

- Bəziləri hakimlərimizin getməməyini maddi durumla əlaqələndirdilər. Amma elə deyil. Əgər referilərimiz getdikləri ölkədə oyun idarə etməyəcəklərsə, ora getməyin nə mənası var? Bizə Bolqarıstan və digər ölkələrdən dəbət məktubu gəldi. Lakin yoxlama oyunlarının sayı cəmi 8 idi. Bu qədər matça görə onları ölkə xaricinə göndərməyə ehtiyac duymadıq. Hakimlər səhvləri həmişə olub, yenə olacaq. Əsas odu ki, qərəz olmasın. Hakimlərimizin qərəzli olmadığına cavabdehəm.

 

- “Xəzər Lənkəran” rəhbərliyi deyib ki, hazırkı rəhbərlik ola-ola çempionata qayıtmayacaqlar. Bu barədə nə deyə bilərsiz?

- Onlar düz deyirlərsə, mən istefa verməyə hazıram. İnsan səhvi birinci özündə axtarmalıdı. Mən həmişə deyirəm ki, hansı klub rəhbəri öz maliyyəsindən futbolun inkişafı naminə ayırırsa, onları futboldan iyrəndirməməliyik. Hakimlərə də bunu tez-tez deyirəm ki, bizə inanan insanları futboldan küsdürməyin. Mənə sual verirlər ki, “Bakı” və “Xəzər Lənkəran” komandaları Premyer Liqaya gəlmək istəsə, çempionata buraxarsızmı? Yenə deyirəm, əgər hansısa sponsor komandasını elitaya buraxmaq istəyərsə, yenidən püşkatma keçirərəm. “Rəvan” və “Şərurspor”un I diviziondan getməsi mənə xoş gəlmədi, rəhbərlikləri ilə yaxşı münasibətimiz var idi. Dəvədən böyük fil var. UEFA-dan bizə məktub gəldi ki, onlar cəzalandırılır. Gəlmək istəyən komanda varsa, gözümün üstündə yeri var. Bu il “Binə” I diviziona gəlib. “Göyçə” komandası gəlir, Göyçə mahalını təmsil edəcək. Sözsüz ki, bayaq dediyim sənədlər onlardan da tələb olunur. Hansısa sponsor çempionata komanda buraxmaq istəsə, kiməsə mane olmaram.

 

- Çempionatda yenə 8 komanda çıxış edəcək və onun yarısına AFFA sponsorluq edir. Bunda assosiasiyanın heç günahı yoxdu?

- Özünüz də bilirsiz ki, bütün dünyada böhrandı. Moldovalılar “Qarabağ”ın “Şerif”lə oyununu göstərməyə üçün 100 min avro tələb ediblər. Həmin pula Moldovanı almaq olar. Futbola gəlmək istəyən sponsor yoxdu, AFFA nə etsin? Bir dəfə futbola sponsorluq edənlərdən biri dedi ki, bu qədər pul yatırıram. Dedim ki, sənə ayrılan pul mənə ayrılsaydı, 5 dəfə artıq sərmayə qoyardım.

 

- Klubların ötən mövsümdən qalan borcları tam ödənilibmi?

- “Qarabağ”dan başqa bütün klubların borcu var.

 

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansı nə qədər realdı?

- İdman bəxti deyilən bir şey var. Hansı klubun onlara rəqib olmasından çox şey asılıdı. Futbolda hər şey ola bilər. “Qəbələ” ilk oyunda “Yagelloniya” ilə heç-heçə etsə də, səfərdə o komandaya qalib gəldi. Amma məni qınamayın. “Qarabağ” indi bir qədər zəifdi. 3 il əvvəl daha güclü idilər.



mənbə: apasport.az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

Facebookdan bizi izləməyi unutmayın.
X