15:26 08.08.2017 872

"Kəpəz" harda oynayacaq: Tovuz, Qazax, yoxsa...?

Avqustun 11-də Premyer Liqada 2017/18 mövsümünə start veriləcək. Amma hələ "Kəpəz"in ev oyunlarını keçirəcəyi stadion bəlli deyil. 


Belə ki, Gəncə şəhər stadionunda təmir işləri gedir və oktyabr ayında başa çatacaq. Bu isə "Kəpəz"in ilk dövrədəki ev oyunlarını doğma arenada keçirə bilməyəcəyi deyilir. Yayılan xəbərlərə görə komanda rəqiblərini Bakıda qəbul edəcək. Bununla bağlı klub hələ heç bir rəsmi açıqlama verməyib.


Qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna müraciət etdik. Həm də AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbərlik edən Mikayıl bəy ev oyunlarını Tovuzda keçirmək istədiklərini və bununla bağlı Peşəkar Futbol Liqasına müraciət etdiklərini bildirdi: 



"Kəpəz"in ev oyunlarını keçirməsi üçün birinci variant Tovuz şəhər stadionudu. Bununla bağlı PFL rəy verməlidi. Həmçinin "CBC-Sport" da rəy verməlidir ki, burdan canlı yayım vermək mümkündü, ya yox. Çünki Tovuzda uzun müddətdi Premyer Liqa oyunları keçirilmir. Biz ev oyunlarını burda keçirmək üçün müraciət etmişik. Həmçinin Qazax variantı da var. Qərar PFL-in rəyindən sonra veriləcək. İlk oyunumuz səfərdədi, ikinci tura qədər hər şey aydınlaşacaq. Oktyabra qədər isə öz stadionumuz hazır olacaq".


Məsələ ilə bağlı PFL-lə də əlaqə saxladıq. Qurumun Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov bildirdi ki, "Kəpəz"in müraciəti əsasında gələn həftə Tovuz şəhər stadionuna baxış keçiriləcək: 



"Bu həftə sifariş ərizələrinin qəbulu ilə məşğuluq. Gələn həftənin əvvəli Tovuz stadionuna baxış keçiriləcək. Biz də istəyirik ki, oyunlar daha çox regionlarda keçirilsin, azarkeşlər stadionlara cəlb olunsun. Tovuz futbol şəhəridi, Premyer Liqa oyunlarının orda keçirilməsində biz də maraqlıyıq. Amma qərar stadiona baxış keçiriləndən sonra veriləcək. Bizimlə "CBC Sport"un da əməkdaşı Tovuza gedəcək. Çünki onlar çəkiliş aparır, stadionun standartlara cavab verib-vermədiyini yoxlamalıdılar".


Qeyd edək ki, "Kəpəz" I turun oyununu avqustun 13-də səfərdə "Sumqayıt"a qarşı keçirəcək. Gəncə klubu II tur çərçivəsində "Zirə"ni qəbul etməlidi. Bu qarşılaşma ayın 20-sinə təyin edilib.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X