"Çempionata neçə faiz hazır olduğumuzu deyə bilmərəm. İndidən dəqiq söz demək çətindi". Bu sözləri Fanat.Az-a açıqlamasında Premyer Liqanın debütantı "Səbail"in çalışdırıcısı Samir Əliyev deyib.
Əliyev 2 aya formalaşdırdığı komandanın nəyə qadir olduğunu rəsmi oyunların göstərəcəyini açıqlayıb: "İki ayın komandasıyıq. Büdcəmizə uyğun transferlər etmişik. Hazırlıq prosesinin də normal alındığını düşünürəm. Ancaq Premyer Liqadakı mübarizəyə nə dərəcədə hazır olduğumuzu keçirəcəyimiz oyunlar göstərəcək. Belə desək, zaman göstərəcək. Biz yaxşı təsir bağışlamaq üçün bacardığımızı edəcəyik".
Fanat.Az