Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 3-cü hissəsi çərçivəsində ilk oyununu keçirəcək. Yuri Syominin yetirmələri Türkiyə paytaxtı Ankaranı təmsil edən "Gənclərbirliyi" ilə qarşılaşacaq. Matç Almaniyanın Münhen şəhərində "Hans-Bayer" Stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
İdman24.az