"İnter" futbolçuları Premyer Liqanın açılış turu ərəfəsində maaş alıb. Fanat.Az xəbər verir ki, iyun ayının əməkhaqqıları dünən axşam saatlarında futbolçuların hesabına köçürülüb.
Lakin klubu himayəsinə götürən AFFA-nın "Qəbələ"ylə görüşdən öncə atdığı addım necə deyərlər, bulanıq suları durultmayıb. Belə ki, iyul ayının da məvacibini gözləyən oyunçular problemin tam şəkildə aradan qaldırılmamasından narazıdı.
Fanat.Az