"İnter"in əməkdaşları növbəti dəfə məyus olub. Fanat.Az-a verilən məlumata görə, son olaraq aprel ayının maaşını alan Bakı klubunun işçiləri Premyer Liqanın açılış turu ərəfəsində məvaciblərinin müəyyən hissəsinin veriləcəyini gözləsələr də, bu baş verməyib.
Klubu himayəsinə götürən AFFA "Qəbələ"ylə oyundan öncə yalnız futbolçuların 1 aylıq əməkhaqqılarını hesablarına köçürüb. Maraqlıdı ki, digər əməkdaşlar kimi, Zaur Svanadze və köməkçiləri də pul üzünə həsrətdi.
Fanat.Az