Tərlan Əhmədov "Qəbələ" ilə oyunla (3:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi 1 ilə yaxındı öz meydanlarında xal qazana bilməmələrindən danışıb:
"Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək. İki xal itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü ildən bəri öz meydançamızda qələbə qazana bilmirik Üstün olduğumuz oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya yaranır".
Fanat.az