09:56 22.11.2014 722

"Bu qərarıma görə heç bir vaxt peşman olmamışam"

“Simurq”la yeni müqavilə imzalayan Tural Axundovun klubun rəsmi saytına müsahibəsi


- Öncə təbrik edirik. Artıq bir ildən artıqdı komandadasan. Bununla bağlı fikirlərini bilmək istərdik.

- Məşqçilər və klub rəhbərliyi sağ olsun ki, məni bu komandaya dəvət etmişdi. Qeyd etdiyiniz kimi artıq bir ildən çoxdur “Simurq”dayam. Bu qərarıma görə heç bir vaxt peşman olmamışam. Öz növbəmdə oyunumla bu qərarlarının düzgün olduğunu göstərmək üçün hər oyunda özümü doğrultduğumu hesab edirəm. Bundan sonrada daha yaxşı olmaq üçün çalışacağam.

 

- Bu müddəti özün üçün necə dəyərləndirərdin?

- Düzünü deyim keçən mövsüm elə də davamlı olaraq yaxşı oyun nümayiş etdirə bilmədim. İlk vaxtlarda komandaya və Zaqatalaya uyğunlaşmağa çalışdım. Daha sonra arada zədələrim oldu. Ancaq sonrada məşqçinin və komandanın taktikasına uyğunlaşdım. Bu mövsüm şükürlər olsun ki, oyunumdan razıyam. İnşallah, zədəsiz bir mövsüm olar mənimçün. Komandamızın uğur qazanması üçün də üzərimə düşən işin öhdəsindən layiqincə gələrəm.

 

- “Simurq”un hazırda çempionatdakı vəziyyəti haqqında nə deyərdin?

- Geridə qalan on iki turda çox lazımsız xallar itirdik. “Bakı”, “Qəbələ” oyunlarında məğlub olmamalıydıq. “Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz qarşılaşmada rəqibdən yaxşı oynasaqda, bəxtimiz gətirmədiki ordan xalla qayıdaq. Bu görüşlərdəki nəticələrimiz mövsümün sonuna qədər bizə mane olacaq. Əgər hər şey istədiyimiz kimi olsa idi, indi turnir cədvəlinin ilk üçlüyündə bizdə var idik. Ancaq hələ şanslarımız var. Hazırda dördüncü pillədəyik. İnşallah, qarşıdakı oyunlarda maksimum nəticə göstərib, sonda istəyimizə nail olacayıq. Heç bir çəkilən əziyyət qarşılıqsız qalmır. Hər şey öz əlimizdədi. Allahın köməkliyilə sonda sevinən tərəflərdən biridə biz olacağıq.

 

- Növbəti rəqib “Qəbələ"di. Bu oyunla bağlı düşüncələrin nədi?

- Hər bir komanda öz meydanında daha güclü oyun nümayiş etdirir. Biz mövsümün əvvəlindən hər qarşılaşmaya yalnız üç xal qazanmaq üçün çıxırıq. “Neftçi” qalibiyyətindən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədi. Bunun davamını gətirmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq bir heç bir rəqibdən çəkinmirik. İnanıram ki, Qəbələdən üç xalla qayıdıb, turnir cədvəlindəki iddiamızı bir daha nümayiş etdirəcəyik.

 

- “Simurq”un heyətində azarkeşlərin ən çox sevdiyi futbolçulardan biri də sənsən. Bu barədə nə deyərdin?

- Azarkeşsiz futbolun marağı yoxdur. Onlar hazırda ölkədə bir nömrədir. Hər bir qələbəmizdə böyük pay sahibləridi. Yalnız oyunlarda deyil, məşqlərdə belə gəlib bizi dəstəkləyirlər. Buna görə onlara təşəkkür edirəm. Mən də onları çox sevirəm. Hər birinə hörmətlə yanaşıram. Bizlər çalışırıq “Simurq” gözəl nəticələr qazansın və meydanda sevinən tərəf bizim azarkeşlərmiz olsunlar. 


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X