Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Piast" - "Qarabağ" matçının biletləri bu gündən satışa çıxarılıb.
Qol.Az-ın məlumatına görə, Qlivitsedə baş tutacaq oyunun biletləri 3 gün ərzində satılacaq.
Ən ucuz bilet 5 zlot (1,22 manat), ən bahalı biletlər isə 73 zlot (17,80 manat) olaraq göstərilir.
Qeyd edək ki, "Piast" - "Qarabağ" oyunu iyulun 25-də, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
İdman24.az