Hakimlər Komitəsi Premyer Liqanın XII turunda oyunları idarə etmiş hakimlərə XIII turda baş hakim kimi təyinat verməyib. Fanat.az xəbənr verir ki, ötən tur oyun idarə etmiş Fariz Yusifov, Ömər Paşayev, Orxan Məmmədov və Rəhim Həsənov bu dəfə iş başında olmayacaq.
Onlardan yalnız ikisi - Fariz Yusifovla Orxan Məmmədov bu dəfə dördüncü hakim kimi təyinat alıb. Yusifov "Qarabağ" - AZAL, Məmmədov "Sumqayıt" - "Bakı" matçında olacaq.
Ötən tur təyinat almış 4 hakimin hamısından narazılıqlar olmuşdu.
Orxan Məmmədov (Bakı - Qarabağ 2:4) - "Bakı"nın baş məşqçisi İbrahim Uzunca ondan narazılıq etmişdi.
Fariz Yusifov (Simurq - Neftçi 1:0) - "Neftçi" tərəfi sabiq FIFA referisindən narazı qalmışdı. Yusifov Zaqatalada bəzi səhvlərə yol vermişdi.
Ömər Paşayev (AZAL - Qəbələ 3:3) - AZAL tərəfi ondan narazılıq etmişdi. Referi kobud səhvlərə yol vermişdi.
Rəhim Həsənov (İnter - Xəzər Lənkəran 3:1) - "Xəzər Lənkəran" tərəfi ondan narazı qalmışdı. FIFA referisi bəzi səhv qərarı ilə qonaqların narazılığına səbəb olmuşdu.
Fanat.az