15:51 24.11.2014 816

Şahin Diniyev: "Milli piramidanın zirvəsidi"

Bu gün AFFA-nın inzibatı binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinın yaradılması ilə əlaqədar Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev və Vaqif Sadıqovu qəbul edib, onlarla fikir mübadiləsi aparıb. Həmin görüşdən sonra millimizin sabiq baş məşqçisi Şahin Diniyev Fanat.az-a müsahibə verib.

- İlk olaraq, görüş barədə məlumat verməyinizi xahiş edərdik.

- Milli komandamızın, futbolumuzun inkişafı üçün bu komitəyə ehtiyac var idi. Elxan Məmmədov hər birimizin təklif və fikirlərimizi  dinlədi.

- Konkret olaraq, Siz nə təklif etdiniz?

- Həmişə demişəm, milli komandamız futbolumuzun piramidasının zirvə nöqtəsidi. Milliyə futbolçular klublardan, aşağı yaş qrupları üzrə yığma komandalardan gəlir. Bu səbəbdən də bəzi faktları ortaya qoydum. Diqqət yetirin, əcnəbi məşqçilərin çalışdırdaqları klublardan milliyə dəvət alan aparıcı futbolçularımız hansı formadadı? Kamran Ağayev və Ruslan Abışov "Qəbələ"dən optimal formalarından çox uzaq durumda gəlirlər. Rauf Əliyev "Xəzər Lənkəran"dan ürəkaçan formada gəlmədi. "Qarabağ", "Neftçi" və "Sumqayıt"da isə yerli mütəxəssislər çalışır. Göründüyü kimi, fərqli mənzərənin şahidi oluruq. Belə çıxır ki, yerli mütəxəssislər klublarımızda daha yaxşı işləyirlər.

- Başqa hansısa məsələni qaldırdınızmı?

- Bəli, I diviziondakı durumla bağlı da baş katibə məruzə etdim. Misal kimi "Araz Naxçıvan"ı göstərdim. 3+8 sistemi ilə oynayan klublarımız Premyer Liqaya yüksəldikdən sonra komandanı dağıdıb, yenidən qurmalı olurlar. Bax bu amil Naxçıvan təmsilçisinə ciddi təsir göstərdi. Elxan müəllim də öz növbəsində İcraiyyə Komitəsində yer alan futbol veteranlarımızın vaxtında bu məsələni lazımınca qabartmadıqlarını və bu səbəbdən mövcud vəziyyətin yarandığını söylədi.

- Bəs aşağı yaş qrupları üzrə yığmalara əcnəbi futbolçuların dəvəti necə?

- Bu məsələni də qaldırdım. İldə 10-12 toplanışa dəvət alan həmin yığmalarda yerli uşaqlar oynamalıdı ki, beynəlxalq təcrübə toplasınlar, əsas milliyə düşmək üçün hazır olsunlar.

- Məşqçilər Komitəsinin millinin baş məşqçisinə hansısa təsiredici qüvvəsi olacaqmı?

- Tək millinin baş məşqçisinə deyil, bütün yaş qrupları üzrə yığmaların çalışdırıcılarına təsir etmək hüququmuz olacaq. Eyni zamanda, klublarla da işləyəcəyik. Klubların baş məşqçiləri milliyə dəvət edilən futbolçular haqda məlumat verməlidirlər. Belədə, anlaşılmazlıqlar minimuma enəcək. Məsələn, hansısa klubun baş məşqçisi futbolçusunun fiziki durumunun aşağı olması barədə millinin çalışdırıcısına məlumat verməsindən sonra həmin oyunçu əsas komandamıza dəvət alacaqsa, bu, artıq klubun günahı sayılmayacaq.

- Millinin heyətinin formalaşması ilə bağlı necə, Komitəniz müdaxilə edə biləcəkmi?

- Bunu etik normalara zidd hesab edirəm. Tutaq ki, mən millinin baş məşqçisiyəm. Məşqçilər Komitəsi mənə hansısa mövqedə çıxış edən futbolçunu tövsiyə edə bilər. Lakin son qərar əlbəttə ki, yığmanın baş məşqçisinə məxsus olacaq. Komitəmiz mütamadi olaraq, İcraiyyə Komitəsi qarşısında çıxış edəcək və bütün məlumatlarla İK üzvlərini tanış edəcək.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

Facebookdan bizi izləməyi unutmayın.
X