"Bakı" iki itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi İbrahim Uzunca Georgios Palagiosla Lukas Mario Horvatın xidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. Palagios "Sumqayıt"la oyunun 32-ci, Horvat 44-cü dəqiqəsində qeyri-idman hərəkətə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Hər iki oyunçu XIV turun "İnter"lə matçını buraxacaq.
Qeyd edək ki, Palagios bu mövsüm "Simurq", "Xəzər Lənkəran" və "Qarabağ"la oyunlarda sarı vərəqə almışdı. Horvat isə "Qarabağ"la hər iki matçda və "Qəbələ" ilə oyunda cəzalanıb.
Fanat.az