UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Neftçi" klubu cavab oyununa çıxıb.
İlk oyunda Bakıda 0:0 bərabərə qalan "Neftçi" klubu Albaniyada "Skenderbeu"nun qonağı olub.
Son Azərbaycan çempionunu bu görüşdə istənilən qollu heç-heçə və ya minimal hesablı qələbə qane edəcəkdi. Lakin əlavə hissənin 116-cı dəqiqəsində qapısında qol görən "Neftçi" LÇ-də mübarizəni dayandırıb.
23 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
23:00. "Skenderbeu" (Albaniya) - "Neftçi" (Azərbaycan) (İlk oyun - 0:0) - 1:0
Qol: Nuruden Orelesi, 116 (1:0)
Qırmızı vərəqə: İqor Mitreski, 90+2 ("Neftçi")
"Neftçi": Stamenkoviç, Kardozo, Silva, Mitreski, Flavinyo, Vobay, Platje, Ramos, Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev
Ehtiyat heyət: Doroşevs, Tərlan Quliyev, Rəşad Sadiqov, Araz Abdullyev, Bahadır Nasimov, Mirhüseyn Seyidov, Elvin Yunuszadə
"Skenderbeu": 1. Orges Şehi, 3. Renato Arapi, 20. Ademir Souza, 33. Marko Radas, 78. İvan Qvozdenoviç, 8. Nuruden Orelesi, 17. Gilman Lika, 31. Jetmir Sefa, 88.Sabien Lilaj, 10. Bledi Şkembi (k), 22. Pero Pejiç.
İdman24.az