10:13 25.11.2014 446

"Qarabağ"ın futbolçusu: "Qumardı, abi!"

"Qarabağ"ın futbolçusu Muarrem Muarremin milli.az-a müsahibəsi


- "Qarabağ"ı bir neçə dəfə Avropa Liqasının qrup mərhələsindən bir oyun ayırıb. Bu il artıq "Qarabağ" istədiyinə çatdı.

- Üç ildir ki, "Qarabağ"ın oyunçusuyam. Mən bura gəldiyim il "play off" oynamadıq. Bəzi klublar var, bir il istəyinə çatmayanda futbolçuları dəyişdirirlər, baş məşqçiləri dəyişdirirlər. Qurban müəllim 5-6 ildir ki, "Qarabağ"ın baş məşqçisidir. Qurban Qurbanov futbolçulara, rəhbərlik də ona güvənir. Bu qarşılıqlıdır. Bu klub və ailə olmaq deməkdir.


- "Tvente"yə qolu sən vurub, klubunu Avropa Liqasına çıxardın, bu, necə hiss idi?

- Biz klub olaraq bunu bacardıq. Klub oyunu oynadıq. Futbol həyatımda ilk dəfə belə bir şey oldu. "Tvente"yə vurduğum qol həm mənim üçün, həm də klubum üçün tarixi bir qol oldu. Hələ indiyə kimi elə sevinməmişdim. Hər futbolçunun arzusu və istəyidir belə şeylər.

 

- "Tvente" oyunundan qabaq inanırdız ki, yaxşı nəticə ilə dönəcəksiz?

- Biz hər zaman inanıb çıxırıq meydana. Oyundan öncə futbolçular arasında danışıqlar oldu. Paltardəyişmə otağında taxta var idi. Diaz ora yazmışdı ki, "mən bu kluba inanıram, mütləq qruplara düşəcəyik". Almeyda da gözəl bir çıxış etdi oyundan əvvəl. Birinci hissədə 1:0 uduzurduq, paltardəyişmə otağına girəndə isə heç kim inancını itirməmişdi. Qurban müəllim də bizə güvəndiyini və inandığını dedi.


- "Dnepr"ə da sən qol vurdun. Bu qol da tarixi bir qol idi. Azərbaycan klubunun tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində qələbə qazandırdın.

- "Dnepr"ə qələbə qazanmaq üçün getmişdik desəm, yalan olar, ancaq dəqiq bilirdik ki, məğlub olmamağa getmişdik.

 

- "Dnepr"də qələbə arxayınçılığa səbəb olduğu üçün burada məğlub olduq?

- Arxayınçılıq olmadı. Ona görə ki, biz orada asan qələbə qazanmadıq. 60-70 dəqiqə müdafiə olunduq. "Dnepr", həqiqətən, səfərdə çox yaxşı oynayan bir klubdur. Bakıdakı oyunu çox istəyirdik qazanaq, ancaq alınmadı.


- Ötən sezonun çempionu, Avropa Liqasının qrup mərhələsindəsiz. Gələn sezon üçün nə planlaşdırırsız?

- Hər il daha çox şey istəyirik. Bu il Avropa Liqasında oynayırıq, gələn il də Çempionlar Liqasında oynamağı qarşımıza məqsəd qoymuşuq.

 

- Avropada oynayandan sonra ölkə çempionatımızda oynamaq necə təsir edir?

- Bizim üçün bu, həqiqətən, problemdir. Avropada oynayıb gəlib "Araz"la oyuna çıxdıq. 4:0 qazandıq, ancaq 100 faiz əminəm ki, oyunçular hamısı yüzdə-yüz oynamadı. 60-70 faizlə o oyunu qazandıq. Buna görə çox çətinlik çəkirik. Bir həftədə bir zəif oyun olur, bir güclü. Bir də tərəfdar məsələsi də var. Ölkə çempionatında oynayanda min nəfər olur, Avropada oynayanda 30 min nəfərdən çox.

 

- Başqa klubdan transfer təklifi gəlsə, gedərsən?

- Açığı yer dəyişmək o qədər də yaxşı şey deyil. Əslində, hal-hazırda belə bir şey fikirləşmirəm.

 

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsən?

- Qardaşım, hesab-kitab aparmaq lazım deyil. İki oyunu da qazanmalıyıq. Yoxsa işimiz çətindir.

 

- Milli komandada işlərin necədir?

- Son oyunda məni çağırmamışdılar milli komandaya. Səbəbini də bilmədim heç. Milli komanda da ayrıseçkilik var.

 

- Ləqəbin nədir?

- Futbolçular məni "Miki" deyə çağırırlar.

 

- "Playstation"da futbol oynamaqla aran necədir? Diasla Reynaldo oyunun birini 10 manatdan oynayırlar.

- "Playstation" oynayıram, ancaq pulla yox. Çünki qumardı, abi. "PES 2014"də bizim klub da var. Orada özümü gücləndirirəm. Qolları da özüm vururam (gülürük).

 

Qaynar.info

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

Facebookdan bizi izləməyi unutmayın.
X