Avropa Liqasının 2012/13 mövsümündə iştirak edən klubların əldə etdiyi gəlir müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA 48 kluba ümumilikdə 209 milyon avro pul paylayıb.
Onların arasında Azərbaycan çempionu “Neftçi” də var. Bu mövsüm avrokuboklarda uğursuz çıxış etsə də, ötən il qitə miqyaslı turnirlərdə tarix yazan təmsilçimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasına görə 1.3 milyon avro gəlir əldə edib. Azərbaycan çempionu eyni zamanda qrup mərhələsinin oyunları zamanı üç heç-heçəyə görə 300 min avro əlavə qazanıb.
İdman24.az