18:16 25.11.2014 970

Elxan Məmmədovdan nokdaun - PFL, 1... 2... 3...

Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Klublar Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb. İlk olaraq AFFA-nın rəsmi saytında yer alan əmri diqqətinizə çatdırırıq.

AFFA prezidentinin əmrinə əsasən assosiasiyada  Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı ilə Klublar  Komitəsi yaradılacaq.
Bununla əlaqədar olaraq baş katibliyə tapşırılır:
1. Klublar Komitəsinin Əsasnaməsinin hazırlanması.
2. Klublar  Komitəsinin iş prinsipinin müəyyənləşməsi.
3. Klublar Komitəsi Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.

Diqqət №1!


Klublar Komitəsi yaradılırsa, PFL nə ilə məşğuldu? Məgər PFL elə Klubların hüquqlarının qorunması və AFFA bayrağı altında çempionatın keçirilməsi üçün yaradılan qurum deyil? Axı PFL prezidentini də, səhv etmiriksə, klublar seçir. Bu sərəncamın məğzi bəs nədən ibarətdi ki?

Faktiki olaraq, bu əmrlə PFL-ə alternativ qurum yaranmasını təmin edib.

Diqqət №2!


Əsasnaməni hazırlamaq Baş katibliyə həvalə ounur. Deməli, kələfin ucu üzdədi. Baş katiblik dedikdə, faktiki olaraq, baş katib nəzərdə tutulur. Bu da havadan olan iş deyil. Artıq xeyli müddətdir ki, Fanat.az klublar tərəfindən qiyam hazırlaması haqda yazılarla çıxış edir. Əyani sübut kimi artıq "Araz Naxçıvan"ın çempionatdan çıxması, son turlarda hakimliklə bağlı ciddi etirazların baş qaldırmasını göstərə bilərik. Məhz son zamanlar hər xırda bir narazılıq fil boyda şişirdilib, ictimaiyyətə faciə kimi qələmə verilməyə başlayıb. Bəs məqsəd nədi?

Bu sualın cavabını tapmaq üçün də alim olmağa ehtiyac yoxdu. Məlum məsələdir ki, bütün həngamələr Fanat.az əvvəllər dəfələrlə yazdığı kimi, Berti iFoqtsun 7 illik fəaliyyəti dövründə millimizin uğursuz çıxışı ilə əlaqədardı. Foqtsu, Almaniya metodikasını Azərbaycana gətirənlər isə baş katib Elxan Məmmədov və AFFA-nın vitse-prezidenti Elşad Nəsirov olub. Diqqətləri 7 illik fiaskodan yayındırmaq üçün "qurbanlıq qoyun" seçilməli idi. Futbol qlobal sənaye olsa da, AFFA xırda bir qurumdu və belə bir təşkilatda "qurbanlıq" tapmaq elə də asan iş deyil. Özü də nəzərə almaq lazımdı ki, problem elə həddə şişirdirilməlidi ki, idman ictimaiyyətinin diqqəti itirilmiş 7 ildən yayınsın. Belədə, yeganə "qurbanlıq qoyun" PFL olur. Axı Nəsirov-Məmmədov (MN) dueti KİV qarşısında nağıl danışsa da, daha yuxarı strukturlara "futbolumuz inkişaf edir", deyə bilmirlər. Adamın başının üstündə Allah var. PFL-də kifayət qədər çatışmazlıqlar var, klublarımızı da daim tənqid etmişik, ancaq gəlin tərəzinin gözünə diqqətlə baxaq: bir tərəfdə 2 dəfə Avropa Liqasında iştirak etmiş klublarımız dayandığı halda, digər gözdə Foqtsa milyonlar, azarkeşlərimizə isə zəhər yedirdən Məmmədov-Nəsirov cütlüyünün fəaliyyət(sizliy)i.

Əlbəttə, futbol Avroviziya tipli müsabiqə olsaydı, Ramin Musayevin rəhbərlik etdiyi qurum PR və marketinq sahəsini həqiqətən də əla bilən Nəsirov-Məmmədovla müqayisə oluna bilməzdi. Yəni futbolda qalib SMS-lə, yaxud daha gözəl dizayna malik formayla müəyyənləşsəydi, yığmamız mütləq və mütləq Avropa çempionatının final mərhələsinə vəsiqəni əldə edə bilərdi. Amma hələ ki, futbol meydanda oynanır və 11 nəfərin göstərdiyi nəticə həlledici sayılır. Milliyə cavabdeh şəxslər də məhz baş katiblə vitse-prezident olub. Çünki hamı gözəl başa düşür ki, Rövnəq Abdullayev ondan gözləniləndən də artığını edib, edir və etməyə yenə də hazırdı. Bu cütlük hansı məşqçidən yapışıbsa, Abdullayev "hə" deyib, hansı ölkədə təlim-məşq toplanışı keçməyi rəva bilibsə, AFFA prezidenti "baş üstə" deyib, hansı legioneri milliləşdirmək istəyiblərsə, ona da şərait yaradıb. Və bunu tək Fanat.az yox, daha yuxarı strukturlar da gözəl bilir...

Diqqət №3

Beləliklə, diqqətləri özlərindən kənarlaşdırmaq üçün bu planı hazırlayan Məmmədov və Nəsirov millinin uğursuzluğunu ört-basdır etmək üçün Klublar Komitəsini yaratmaqla, guya PFL-dən olan narazılıqların qarşısını almağa cəhd ediblər. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu gün klublarımız avrokuboklarda azərbaycanlı futbolsevərləri az da olsa sevindirməyi bacarıblarsa, millimiz ancaq "papaqları yerə soxmaqla" məşğul olub.

Diqqət №4

Sözügedən Komitə ilə bağlı daha bir məqam. Klublar müstəqil olmaqla yanaşı, AFFA-ya tabe də deyillər. Bəs Klublar Komitəsinin Əsasnaməsini xeyir ola baş katib  tərtib edir?  Bu, bir daha sübut edir ki, PFL vurulur. Özü də hardan vurulduğu da gün kimi aydındı.

Diqqət №5

Məsələyə klub prezidentləri daha həssas yanaşmalıdılar. Özü də aparıcı klublarımızın prezidentləri. Onlar son zamanlar baş qaldıran söz-söhbətlərin kimlər tərəfindən yaradıldığına diqqət yetirsələr yaxşı olar. Rövnəq Abdullayevin güvəndiyi klub prezidentləri son zamanlar ətraflarına topladıqları kadrlara mütləq diqqət yetirib, lazımi nəticələr çıxarmalıdırlar. Əks halda, klub futbolumuz da millinin aqibətini yaşayacaq. Hələ gec deyil, ayılın cənablar.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X