Avroliqanın II təsnifat mərhələsində qarşılaşacağı "Pyast"la oyunun hazırlıqlarını davam etdirən "Qarabağ" dünən Respublika stadionunda sonuncu məşqinə çıxıb. Bununla da Bakıdakı hazırlıqlarını tamamlayan komanda bu gün səhər birbaşa Polşanın Katovitse şəhərinə yollanacaq. Komanda ordan 30 km aralıda yerləşən Glivitse şəhərinə yollanacaq.
"Qarabağ" bu gün yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 20:30-da) oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, revanş qarşılaşması iyulun 25-də saat 20:30-da keçiriləcək.
İdman24.az