Topaz Premyer Liqasının XIV turun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun əsas oyunlarından olan "Simurq" - "Qarabağ" matçı Rəhim Həsənova tapşırılıb.
"Neftçi" - "Qəbələ" oyununu İnqilab Məmmədov idarə edəcək. "Bakı" - "İnter" matçında ədaləti Elvin Əsgərov qoruyacaq. AZAL - "Sumqayıt" görüşünə isə Fariz Yusifov təyinat alıb.
Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından "Xəzər Lənkəran" bu turda istirəhət edəcək.
29 noyabr
Bakı - İnter
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 14.00.
AZAL - Sumqayıt
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Akif Məmmədov.
"AZAL Arena". Saat 15.00.
Neftçi - Qəbələ
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bakcell Arena". Saat 17.00.
30 noyabr
Simurq - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. Saat 17.00.
Fanat.az