Futzal üzrə Azərbaycan yığması dekabrın 1-dən 4-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək. Fanat.az xəbər verir ki, millimiz Orta Asiya ölkəsində meydan sahibləri ilə yanaşı, Qazaxıstan və Belarus yığmaları ilə qarşılaşacaq.
Artıq komandamızın heyəti də açıqlanıb. Yığma Daşkəndə 13 futzalçı ilə yollanacaq. Onlardan 8-i "Araz"ın, 3-ü "Khazar Islands" üzvləridi. Qalan iki oyunçu isə "Neftçi" İSM və "Ekol"da çıxış edir:
Covani Buranello Laersio, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Samir Həmzəyev (hamısı "Araz"), Eduardo Mello, Fernando Da Silva Amadeu, Fineo De Araujo (hamısı "Khazar Islands"), Seymur Məmmədov ("Ekol"), Xətai Bağırov ("Neftçi" İSM).
1 dekabr, saat 15.30
Azərbaycan - Qazaxıstan
2 dekabr, saat 15.30
Azərbaycan - Belarus
3 dekabr, saat 17.30
Azərbaycan - Özbəkistan
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.az