Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, dekabrın 3-də keçiriləcək mərhələnin 7 oyunu 5 müxtəlif saatda başlayacaq.
"Şahdağ" - "İnter" oyununun yeri dəyişdirilib. Püşkün nəticəsinə əsasən komandalar Qusarda qarşılaşmalı idi. Lakin hər iki klubun qarşılıqlı razılığı əsasında oyun "İnter Arena"da baş tutacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" oynamadan 1/4 finala çıxıb. Buna səbəb "Araz Naxçıvan"ın Premyer Liqa və Azərbaycan Kubokundan imtinası olub.
3 dekabr
Neftçi - Qaradağ Lökbatan
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 13.00.
Neftçala - AZAL
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu. Saat 13.00.
Sumqayıt - Bakı
"Kapital Bank Arena". Saat 15.00.
Qəbələ - Ağsu
Qəbələ şəhər stadionu. Saat 15.00.
Qarabağ - MOİK
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15.30.
Simurq - Rəvan
Zaqatala şəhər stadionu. Saat 17.00.
Şahdağ - İnter
“İnter Arena”. Saat 18.00.
Fanat.az