"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın üçüncü turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları oyundan mətbuat konfransı keçirib.
-"Səbail"in adından "Qarabağ" təbrik edirəm, onlara uğurlar arzu edirəm. Oyuna gəlincə, məğlub olmalı deyildik. Biz "İnter"dən üstün oynadıq.
-Vüqar Nadirova nə yedizdirmək lazımdır ki, ötürmə də versin?
-30 yaşından sonra heç nə. Tək Vüqar yox, taktika ilə bağlı bütün futbolçuların üzərində çox işləyirik. Amma hələ ki, istədiyimizi ala bilmirik.
-"Səbail" yaxşı futbol oynamağa çalışır. Bəs oyununuzda çatışmayan nədir?
- Futbolçuların ustalıq səviyyəsi zəifdir. Baxımlı futbol sərgiləməyə çalışırıq. Sadəcə nəticə çatışmır. Nəticə vacibdir. Bu günkü oyuna görə heç bir futbolçudan narazılığım yoxdur. Oyundan sonra hamısına təşəkkür etdim (sportnet.az).
Fanat.Az