U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində avqustun 31-də İsraillə üz-üzə gələcək. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, seçməmizin heyətində planlaşdırılmayan dəyişiklik edilib.
Təmsilçimizin təlim-məşq toplanışına dəvət alan İlkin Sadıqov heyətdən kənarlaşdırılıb. Səbəb “Kəpəz”in futbolçusunun məşqdə zədələnərək sıradan çıxmasıdı.
Fanat.Az