Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün iki yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk komandanı Türkiyə və Ukrayna klubları ilə oyunlarda sınayıb.
İlk rəqib Türkiyənin PTT I liqasında mübarizə aparan "Adanaspor" olub. "Qəbələ" rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Bəhlul Mustafazadə, Markuinyos və Ekiqo Ehiosun fərqlənib.
"Qəbələ" ikinci oyunu Ukraynanın "Vorskla" klubuna qarşı keçirib. Bu dəfə matç "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarına yeni transfer Ruslan Fomin və Cavid Hüseynov imza atıb.
Qeyd edək ki, 1954-cü ildə yaradılan "Adanaspor"a hazırda "Rəvan"ın keçmiş baş məşqçisi Güvənc Kurtar başçılıq edir. Komanda qış fasiləsinə 15-ci pillədə yollanıb. 1955-ci ildə fəaliyyətə başlayan "Vorskla"nın baş məşqçisi Vasil Saçkodu. Komanda fasiləyə 8-ci pillədə çıхıb.
"Qəbələ" Antalyadakı ilk yoхlama oyununda PSV-nin ikinci komandası ilə "sülh" bağlayıb (0:0), ardınca "Eskişəhərspor"a uduzub (1:3). Bu gün iki oyun keçirəcək "qırmızı-qaralar" yanvarın 23-də "Kuban" (Rusiya), 25-də "Haladaş" (Macarıstan), 27-də "Altınəsr"lə (Türkmənistan) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
17 yanvar
Qəbələ (Azərbaycan) - Adanaspor (Türkiyə) 3:2
Qollar: Bəhlul Mustafazadə, 35. Markuinyos, 65-pen. Ekiqo Ehiosun, 83 - Cem Özdemir, 26. Hakan Yılmaz, 72.
Qəbələ: Kamran Ağayev (Cavidan Hüseynzadə), Murad Musayev, Şirməhəmməd Məmmədov, Markuinyos, Emin Zamanov, Bəhlul Mustafazadə, Qismət Alıyev (Ramazan Həsənov), Ekiqo Ehiosun, Tellur Mütəllimov, Elnur Mustafazadə (Ehtiram Şahverdiyev), Aleksandru Benqa.
Qəbələ (Azərbaycan) - Vorskla (Ukrayna) 2:1
Qollar: Ruslan Fomin, 47. Cavid Hüseynov, 86 - Bohdan Siçkaruk, 40.
Qəbələ: Anar Nəzirov (Dmitri Bezotosnı), Ürfan Abbasov, Rafael Santos (Sadiq Quliyev), Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov (Adrian Ropotan), Aleksey Qay, Rəşad Sadiqov, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ruslan Fomin (Viktor Mendi).
Ehtiyat oyunçular: Dmitri Bezotosnı, Adrian Ropotan, Viktor Mendi, Sadiq Quliyev.
Fanat.az