“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Pyast” heyətini gücləndirib. Fanat.az xəbər verir ki, Polşa klubu “Qəbələ”nin sabiq üzvü Con Kollinslə müqavilə bağlayıb. Holland futbolçu yeni klubu ilə 2 illik anlaşmaya imzalayıb.
Qeyd edək ki, Kollins 2011-ci ildə Toni Adamsın istəyi ilə ABŞ-ın “Çikaqo Fire” klubundan transfer olunduğu “Qəbələ”də cəmi 3 oyun keçirib. Ölkəmizdən ayrıldıqdan sonra İranın “Mis Sarıçeşmə” və İngiltərənin “Barnet” klublarında çıxış edən 27 yaşlı forvard “Fulhem” və “Tvente” kimi məşhur klubların formasını geyinib. Kollins 2004-cü ildə Hollandiya millisində 2 oyun keçirib.
İdman24.az