21:34 03.09.2017 788

“Elə sual verirsiniz ki, elə bil...” - Robert Prosineçki

“Üç gündə iki oyun olacaq”. Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Norveç səfərindən məğlubiyyətlə (0:2) dönən yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah San Marinonu qəbul edəcək.

 

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Sabahkı oyunda məqsədimiz 3 xal qazanmaqdı. Ancaq hazırlaşmaq üçün vaxtımız az idi”.

 

- AFFA-nın feysbuk səhifəsində keçirilən sorğuda səs verənlərin çoxu Ruslan Abışov və Ramil Şeydayevi əsas heyətdə görmək istəyir. Bu, sizin seçiminizə təsir edəcək?

- Azarkeşlərin marağı xoş haldı. Mənim heyətimə təsir edib-etməyəcəyini oyun zamanı görəcəksiniz.

 

- Norveçlə matçda komandada ruh düşkünlüyü var idi. Sabahkı matça oyunçuları psixoloji cəhətdən hazırlaya bilmisiz?

- Norveçlə görüşdə düşünmürəm ki, əzmkar oyun göstərmədik. Sadəcə, rəqib bizdən güclü idi. Meydana çıxan 11 nəfərin hamısı sona qədər mübarizə aparmalıdı. 1-2 nəfər zəif çıxış edəndə balans pozulur. Motivasiyamız yaxşıdı. Sabah qələbə qazansaq, xal sayımızı 10-a çatdıracağıq. Bu da yeni rekord deməkdi.

 

- Hər kəs komandadan qələbə gözləyir. Bu amil oyununuza mənfi təsir göstərməyəcək?

- Deməzdim ki, bu təzyiq bizə mənfi təsir göstərir. San Marino cəmi 1 qol vurub, xal toplamayıb. Təbii ki, qələbədən başqa yol yoxdu. Hədəf erkən qol vurmaqdı. Bunu etsək, ardı gələcək. Amma heç bir təzyiq yoxdu. Hamı oyuna hazırdı.

 

- Sizin öz motivasiyanız necədi? “Bursaspor” məsələsindən sonra çempionat oyunlarını izləməməyiniz insanlarda belə bir fikir yaradıb ki, yığmada işləməyə həvəsiniz qalmayıb...

- Bilmirəm ki, sizdə niyə belə fikir yaranıb? Futbol dünyanın ən gözəl peşəsidi. Məşqçi kimi çalışmaqdan həzz alıram. Motivasiyam yüksəkdi. Belə olmasaydı, burda işləməzdim, gedərdim. Razı olarsınız ki, bu seçmə mərhələdə yaxşı oyunlar göstərmişik. Bəzi matçlarda bəxtimiz gətirmədi.

 

- Bədavi Hüseynov və Maksim Medvedev cəzalıdı. Tərlan Quliyevin mətbuat konfransında iştirak etməsi onun sabah əsas heyətdə yer alacağından xəbər verir?

- Tərlanın sabah oynayıb-oynamayacağını bilmirəm. Mətbuat konfransı ilə bağlı oyunçu seçimi əsas heyətə görə deyil. Çalışıram dəyişiklilik olsun. Ramil Şeydayev də ilk dəfədi konfransa gəlir.

 

- Tərlana şans versəniz, hansı mövqedə oynadacaqsınız: mərkəzdə, yoxsa cinahda?

- Tərlan “Neftçi”, “İnter”, “Qarabağ”da iki mövqedə oynayıb, təcrübəli futbolçudu. Hər bir rəqibə hörmətlə yanaşıram. Amma sabah ancaq hücum futbolu barədə düşünəcəyik. Tərlan harda oynasa, öz işini yaxşı görəcək. San Marino ilə ilk görüşün də favoriti idik. Sabah da belə olacaq. Norveçə qarşı matçla müqayisədə heyətdə 7 dəyişiklik edəcəyik. Norveçlə matça qədərki görüşləri yaxşı keçirmişdik.

 

- Hücum xəttində olan problemlər Renat Dadaşovun meydana çıxmasına şərait yaradacaqmı?

- Ümid edirəm ki, oyunun gedişində bir neçə dəqiqə şans verəcəm. Məşqdə özünü yaxşı tərəfdən göstərib. O, yaxşı oyunçudu.

 

- Qeyd etdiniz ki, sabah xal ehtiyatını 10-a çatdıraraq yeni rekord vuracarsınız və bu, sizdə əlavə motivasiya yaradır. Azərbaycan futbolu o günə qalıb ki, 10 xalı bayram edək?

- İndiyə qədər 10 xal toplamışıqmı? Elə sual verirsiniz ki, elə bil hər dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanırıq. Bəli, bundan da yaxşı futbol oynaya bilərik. Mənə elə gəlir ki, son aylar oyun baxımından irəliləyiş var, daha baxımlı futbol göstəririk. Hələ seçmə mərhələnin əvvəlində hər kəs qrup ikinciliyinə ümid edirdi. Yığmaya gənc oyunçular cəlb etmişik. Mənim burda qalmağım önəmli deyil. Əsas odu ki, Azərbaycan futbolunun gələcəyi üçün işlər görürük.

 

- Söhbət edə-edə deyəsən heyəti yazırsınız. Sabahkı heyəti deyə bilərsinizmi?

- 3 mövqedə məcburi dəyişiklik edəcəyik. Qalan mövqelərdəki dəyişiklik onlardan narazı qalmağımla bağlı deyil. Sadəcə, digər futbolçulara da şans vermək istəyirəm.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

Facebookdan bizi izləməyi unutmayın.
X