22:37 04.09.2017 898

Rövnəq Abdullayev: "Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq"

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının San Marinoya 5:1 hesabı ilə qalib gəldiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.


Fanat.Az həmin müsahibəni təqdim edir:


- Yaxşı oynadılar. Meydanda yaxşı komanda var idi, yaxşı da hazırlaşmışdılar. Bu qələbə sayəsində komandamız Norveçlə oyundan sonra azarkeşləri sevindirdi.


- Milli komandanın 5 qol vurması sizin üçün gözlənilməz olmadı?

- Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3-dən az vursanız, Azərbaycana gəlməyin. Məncə, 5 qol Azərbaycan millisi üçün rekord göstəricidir. Həm də ilk dəfə seçmə mərhələlərdə 10 xal topladıq. Bu da ikinci hadisədir. Növbəti mərhələ şanslarını itirsək də, qrupun sonuncusu da olmayacağıq.


- Qazonun durumu ilə bağlı nə deyə bilərsiniz?

- Deməzdim ki, bərbad idi. Bu istidə adam da yanır. Normal vəziyyətdədir. Hava sərinləyəndən sonra ot örtüyü də tam qaydasına düşəcək.


- Millinin çıxışı ürəyinizcə oldu, yoxsa daha yaxşı oyun gözləyirdiniz?

- Hamı istəyir ki, milli komanda irəli getsin. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə köməklik göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər.


- Buraxılan 1 qol ən böyük fərqli qalibiyyətə mane oldu. Buna üzülmədiniz?

- Gəlin, göydən yerə enək, ayağımızı yerə qoyaq. 


- Milli komanda 10 xal toplamaqla rekorda imza atdı.

- Gəlin, rekordlara çox da diqqət yönəltməyək. Normal bir şeydir. Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Çexiya ilə çox ağır oyun var. Çalışıb burda nəticə göstərməliyik. Norveçlə oyuna motivasiyalı çıxmışdılar. Çox arxayın idik. Amma alınmadı. Ona görə də gəlin, gözləyək, seçmə mərhələ qurtarsın. Sonra da analiz edərik. Qarşıda 2020-ci il Avropa çempionatının seçmə mərhələsi var. 4 oyun Bakıda keçiriləcək. Çalışacağıq ki, necə olursa-olsun, komandamızı gücləndirək və final mərhələsində biz də iştirak edək. Ehtiyat heyətimiz böyükdür. İndiyədək skamyada bu qədər futbolçu oturmayıb. Onlar həm də cavandırlar. Bu, çox sevindirici haldır və bizə imkan verir ki, oyunlara motivasiya ilə çıxaq.


- Sizcə, AVRO-2020-yə Millətlər Liqasından, yoxsa seçmə mərhələdən vəsiqə qazanmaq əlverişli olar?

- Hələlik səbətlər müəyyənləşsin, görək necə olar. (Report)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

Facebookdan bizi izləməyi unutmayın.
X