Avropa Liqasının ikinci təsnifat mərhələsində bu gün Polşada keçiriləcək “Piast” – “Qarabağ” oyunu Azərbaycan kanallarında canlı yayımlanmayacaq. Bu haqda Qol.Az saytına Ağdam klubundan məlumat verilib.
Qeyd edək ki, Azərbaycan dövlət televiziyası saat 21.00-da Avroliqanın “Xəzər Lənkəran” – “Makkabi”, “İdman Azərbaycan” kanalı isə elə həmin saatdan “İnter” – “Tromsi” oyununu birbaşa nümayiş etdirəcək. Artıq bu matçlar TV-lərin proqramına da salınıb.
“Qarabağ”ın matçı isə saat 20.30-da başlanacağından adı çəkilən kanallarda bu oyunun efirə salınması artıq mümkün deyil.
Özəl kanallardan isə hələlik “Qarabağ”ın oyununu yayımlamağa maraq göstərən olmayıb.
İdman24.az