12:56 05.09.2017 672

Roman Qriqorçuk: "Cavid meydana çıxmalı deyildi"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk futbolxeber.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.


- Komandanız yoxlama oyununda “Sumqayıt”a 1:3 hesabı ilə uduzdu. Nəticə sizin üçün gözlənilməz olmadı?

- Nəticə haqda az düşünürəm. Çünki bu oyunu nəticə qazanmaq yox, çatışmazlıqlarını görmək üçün keçirdik. Amma razıyam ki, idmanda hər zaman yaxşı nəticə qazanmaq istəyirsən. Hazırkı məqamda daha vacib məqamlar var. Bu, ilk növbədə oyunçular haqda məlumat almaqdı. Çünki açıq deyim ki, yeni gələnlərin 100 faiz gücünü öyrənə bilməmişəm. Bunu da məhz bu cür oyunlarda aradan qaldırmaq mümkündür. Bir sözlə, yoxlama oyunu indiki məqamda bizə çox faydalıdır.


- Nəticəni kənara qoysaq, oyun sizi qane etdi? Yaxud çatışmazlıqlar nə dərəcədə çoxdu?

- Çatışmazlıqlar təbii ki, çoxdur. Bu qarşılaşma heyəti müəyyənləşdirmək, futbolçuların meydandakı bacarıqlarını görmək baxımından önəmli idi. Meydanda heç vaxt görmədiklərimizi, yaxud çox nadir hallarda gördüklərimizi görürdüm. Üstəlik, bəzi oyunçuları fərqli mövqelərdə sınayırdıq. Çempionatda bu cür hallar xeyrimizə olacaq. Hələ meydana çıxmamışdan qabaq bilirdim ki, komandam bu gün ideal futbol sərgiləməyəcək. Lakin əsas odur ki, oyundan kifayət qədər məlumat əldə etdik. Həm müsbət, həm də mənfi tərəfdən.


- Növbəti çempionat oyunlarında ilk 3 turla müqayisədə heyətdə dəyişiklik görə bilərikmi?

- Bu, mümkündür. Niyə də yox? Hər zaman oyundan öncə futbolçuların son durumunu nəzərə alarıq. Yekunda bu məqam heyətin formalaşmasına ciddi təsir göstərir. Eləcə də millinin düşərgəsində bir neçə futbolçumuz olub. Növbəti matçda heyəti müəyyənləşdirərkən bunu da nəzərə alacağıq.


- Millinin oyunundan söz düşmüşkən, Cavid Hüseynovun Osloda meydana çıxması sizin üçün sürpriz olmadı? Çünki səhhətindəki problemə görə siz son 2 oyunda onu meydana buraxmamışdız...

- Sürpriz deməzdim. Amma təəccübləndim. Çünki mən bildiyim qədəri ilə o, oynamamalı idi. Çünki son günlər müalicə alırdı. Həkim deyiləm, tam dəqiqliyi ilə bir söz deyə bilmərəm. Lakin hesab edirəm ki, Cavid meydana çıxmalı deyildi. Bununla belə, millinin həkimləri, məşqçiləri var, görünür onlar Cavidlə birgə müzakirə aparıblar. Onlar daha yaxşı bilirlər son durumu. Amma bir daha deyirəm ki, mənim fikrimcə Cavid meydana çıxmamalı idi.   


- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiz? Ümumiyyətlə, aydın məsələdir ki, rəqibin oyununu təhlil etmisiz və bu komandanın əvvəlki illərdəki “Zirə”dən daha güclü olduğunu söyləyə bilərikmi?

- İndiki “Zirə”ni əvvəlki illərdəki komanda ilə müqayisə etməyəcəm. Çünki “Zirə” ötən il də, ondan qabaqkı mövsümdə də güclü idi. Möhkəm rəqibdirlər və bu komandaya qarşı oynamaq hər zaman çətin olur. Bu mövsümdə də heç nə dəyişməyib. “Zirə”ni məğlub etmək üçün mütləq tam gücümüzlə oynamalıyıq. Yalnız bütün komponentlərdə rəqibdən üstün olmaqla müsbət nəticə qazanmağımız mümkündür.


- Son olaraq, yeni transfer, U-21 millimizin üzvü Alen Askerovla bağlı fikirlərini öyrənmək istərdik.

- O, Azərbaycan pasportuna malikdir. Eləcə də yaşı çempionatdakı limitə uyğun gəlir. Bu da bizim üçün müsbət məqamdı. Hazırda bizimlə xeyli sayda gənc oyunçu məşq edir. Artıq 1998, 1999-cu il təvəllüdlü oyunçulardan da seçilənləri əsas komandanın hazırlığına cəlb etmişik. Onlar yalnız oyunlar zamanı əvəzedici komandaya qoşulurlar. Bizim qarşılaşmalar zamanı isə yaş limiti ilə bağll həmin gün ən yaxşı formada olan futbolçunu meydana buraxırıq. 


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X