Avstriyada hazırlığını davam etdirən “Qəbələ” bu gün bu ölkədə 2-ci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, budəfəki rəqib Macarıstanın “Zalaeqerseq” klubudur.
1920-ci ildə yaradılan bu klub Macarıstanın qərbində yerləşən Zalaeqerseq şəhərini təmsil edir. 2002-ci ildə yeganə ölkə çempionluğu ilə öyünən “ağ-bənövşəyilər” həmin il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Mançester Yunayted”i evdə 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Macarıstanın 1-ci dəstəsinin “Qərb” zonasında çıxış edən “Zalaeqerseq”ə hazırda 39 yaşlı Şandor Preyzinger baş məşqçilik edir. Xorvatiya, Monteneqro, Sloveniya, Slovakiya və Braziliyadan legionerlər bu komandada forma geyir.
Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışı zamanı ilk oyununda Türkiyə Superliqa təmsilçisi olan “Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub edib.
Yoxlama oyunu
20.00. Qəbələ (AZƏRBAYCAN) – Zalaeqerseq (Macarıstan)
Avstriya
İdman24.az