13:25 07.09.2017 902

AFFA-da Nizamnamə pozuntusu: Bir qurumu İK-da 2 nəfər təmsil edir

21 yaşadək millimizin baş məşqçisi Yaşar Vahabzadənin istefa verməsi özü ilə bağlı bəzi mətləblərə aydınlıq gətirib.

Onun verdiyi istefa qərarının baş katib Elxan Məmmədov tərəfindən qəbul edilməsi AFFA Nizamnaməsinə ziddir.

Belə ki, Nizamnamənin 38-ci maddəsinin 1-ci bəndində göstərilib ki, milli komandalar üçün məşqçiləri təyin etmək və vəzifədən azad etmək AFFA İcraiyyə Komitəsinin (İK) səlahiyyətinə məxsusdur. Lakin dünən AFFA-nın verdiyi xəbərdə İcrakomun hər hansısa iclasının olması barədə məlumat yoxdur. Yəni, istefa qərarı məşqçinin hesabatını dinləyən Elxan Məmmədovun birbaşa istəyi ilə qəbul edilib.

Yeri gəlmişkən, bu Nizamnamə pozuntusu ilk belə hal deyil. Əldə etdiyimiz məlumata görə, bu ilin martında AFFA İK-da Gənclər və İdman Nazirliyinin mərhum şöbə müdiri, namizədliyi Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən verilmiş Mirkamil Rəhimovun yerinə seçilən Zaur Axundovun da orda oturması qanunsuzdur. "İnter" klubunun Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Futzal Federasiyasının prezidenti olan Axundov məhz 2-ci qurum adından AFFA-nın icraedici orqanında təmsil olunur.

Bu isə Nizamnaməyə ziddir. Belə ki, ondan öncə AFFA-ya üzv olan Sahə Futbol Federasiyası, daha dəqiq desək, Futzal Federasiyası adından "SOCAR-Georgia"nın rəhbəri Mahir Məmmədov İK-da təmsil olunurdu. Zaur Axundovun gəlişi ilə Futzal Federasiyasından 2 nümayəndə İK-da təmsil olunmağa başladı. Belə olan halda, bir qurumdan 2 adamın namizədliyinin qeydə alınması hansı qaydalara uyğundur?!

Yəqin ki AFFA tərəfi eyni qurum adından 2 namizədin təmsil olunmasının qaydalara zidd olmadığını deməyə çalışacaq. O zaman sual doğur, niyə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov son seçkilərdə İctimai Futbol Təşkilatlarındakı (Futbolsevərlərin İctimai Birliyi) yerini PFL-ə ("Neftçi" PFK) dəyişərkən I vitse-prezident Rauf Əliyevi "Neftçi"dən "atdı"? Əgər bu qaydalara zidd deyildisə, elə Rauf Əliyev də "Neftçi" tərəfindən təmsil olunan 2-ci nümayəndə kimi qalardı. Nəzərə alaq ki, 2016-cı ilin martındakı seçkilər zamanı artıq AZAL-ın "Xəzər Lənkəran"dan sonra I dəstəni tərk etməyə ən yaxın klub olduğu ehtimal edilirdi. Bəs o zaman Rauf Əliyevi nə məcbur edirdi ki, AZAL adından seçkilərə qatılsın?!

Bir sözlə, suallar çoxdur. İndi söz AFFA rəsmilərinindir...

Mənbə: Prosport.az  Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X