UEFA Bakıda növbəti tədbir keçirib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumunun dəstəyi ilə Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində gənc futbolçuların aerob (ümumi dözümlülük) inkişafı üzrə seminar təşkil edilib.
Seminara Bakıda səfərdə olan UEFA təlimçiləri Loik Borie və Jan-Fransois Domerke rəhbərlik edib.
Tədbirdə milli komandalarda və klublarda işləyən məşqçilər, həmçinin həkimlər iştirak ediblər. Sonda gənc futbolçular test (VAMEVAL) veriblər.
Fanat.Az