22:26 09.09.2017 898

Qəbələdə xallar bölündü, Bakıda 5 qol vuruldu

Milli komandaların oyunlarına görə Premyer Liqada yaranımış fasilə başa çatıb və IV tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.


Turun ilk oyununda "İnter" "Kəpəz"i qəbul edib. "İnter Arena"da keçirilən qarşılaşmada vurulan 5 qolun hamısı ilk yarıda qeydə alınıb. Hesabı 5-ci dəqiqədə Fuad Bayramov açıb. 21-ci dəqiqədə meydan sahiblərindən Adrian Skarlatake fərqlənib. 32-ci dəqiqədə Aqşin Quluzadə "İnter"in üstünlüyünü 3 topa çatdırıb. Bundan sonra ayılan "Kəpəz" ardıcıl iki qol vurub. 36-cı dəqiqədə Şəhriyar Əliyev gəncəliləri sevindirib. Bir dəqiqə sonra isə Şahin Diniyevin oğlu Kərim Diniyev 65 metrdən vurduğu gözəl qolla fərqi minimuma endirib. Lakin "Kəpəz"in bundan artığına gücü çatmayıb və matç "İnter"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 


Günün ikinci matçında "Qəbələ" "Zirə"ni qəbul edib. Meydan sahibləri ötən tur "Qarabağ"a uduzmuşdusa, qonaqlar maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirdi. Oyunda iki qol vurulub. 74-cü dəqiqədə fərqlənən Viktor Ibekoyi "Zirə"ni hesabda önə keçirib. 90+2-ci dəqiqədə isə Cavid Hüseynov penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.


Xal itkisinə rəğmən "Zirə" vahid liderə çevirilib. Buna səbəb "Qarabağ"ın "Səbail"lə oyununun təxirə salınması olub. Hazırda "Zirə"nin 10, "Qarabağ"ın 9 zalı var. "Qəbələ" isə 7 xalla üçüncü pilləni tutur.


Qeyd edək ki, "Səbail" - "Qarabağ" oyunu dekabrın 8-də keçiriləcək.


Premyer Liqa

2017/18 mövsümü

I dövrə, IV tur


9 sentyabr

İnter - Kəpəz 3:2

Qol: Fuad  Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 32 - Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37.

İnter: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 20. Aqşin Quluzadə, 22. İlkin Qırtımov, 24. Fuad  Bayramov, 27. Adrian Skarlatake.

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev.

Baş məşqçi:  Zaur Svanadze.

Kəpəz: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl.

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 18. Tural Cəlilov, 14. Fərid Məmmədov, 2. Yusif Cəfərov.

Baş məşqçi: Şahin Diniyev.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Arif Fərəcov.

Hakim-inspektor: Asim Xudiyev.

Bakı. "İnter Arena”.


Qəbələ - Zirə 1:1

Qollar: Cavid Hüseynov, 90+2 - Viktor İbekoyi, 74.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 17. Roman Hüseynov, 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov.

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 70. Ülvi İsgəndərov, 45. Famussa Kone. 

Baş məşqçi: Roman Qriqorçuk.

Zirə: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 43. Riçard Qadze, 87. Müşfiq İlyasov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 20. Camal Camalov, 38. İlkin Muradov, 99. Nicat Qurbanov.

Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Vüsal Əliyev.

Qəbələ şəhər stadionu.


1. Zirə43109-3  10

2. Qarabağ33006-2  9

3. Qəbələ42115-4  7

4. İnter42025-5  6

5. Sumqayıt31023-5  3

6 Səbail31022-3  3

7. Neftçi30121-4  1

8. Kəpəz40133-8  1

Bombardir: Mahir Mədətov (Qarabağ) - 3.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X