"Çelsi"nin baş məşqçisi Antonio Konte "Qarabağ"la oyundan danışıb. Fanat.Az xəbər verir ki, italyan mütəxəssis indi ancaq bu oyunla bağlı düşündüyünü bildirib:
"Lester"lə oyundakı qələbəni unutmuşuq. Qarşıda bizi "Qarabağ"la oyun gözləyir. İndi məni ancaq bu oyun düşündürür".
Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.
Fanat.Az