"Qarabağ”ın U-19 komandası sabah UEFA Gənclər Liqasında “Çelsi”nin qonağı olacaq.
Fanat.Az Ağdam klubunun saytına istinadən xəbər verir ki, komanda bu gün Bakı vaxtı ilə saat 14:30-da qarşılaşmanın keçiriləcəyi “Cobham” stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Son hazırlıq təxminən 90 dəqiqə davam edib.
Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 16:05-də start götürəcək.
Fanat.Az